12.10.24 | Bakı 20.03° C |
10:06:25
Lent :

Ərdoğandan BMT-yə çağırış: Güc tətbiq olunmalıdır

01 okt 2024 18:00
DÜNYA
ads

BMT Baş Assambleyası Təhlükəsizlik Şurası regiondakı hücumları dayandıra bilməsə, İsrailə qarşı güc tətbiq etməyi təklif etməlidir.

QÜTB.AZ xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, hazırda Ankara İsraili dayandırmaq üçün intensiv diplomatik iş aparır, bu işlərə xarici işlər naziri, Milli Kəşfiyyat rəhbəri və digər rəsmilər cəlb olunub.

“Beynəlxalq ictimaiyyət artıq bütün regionu yandıran İsrail quldurluğuna səssiz qala bilməz. Əgər BMT Təhlükəsizlik Şurası lazımi iradə nümayiş etdirməzsə, o zaman Baş Assambleya gücdən istifadəyə zəmanət vermək səlahiyyətinə malikdir və bu səlahiyyətlər təcili şəkildə işə salınmalıdır”, - deyə o bildirib.

Ərdoğanın sözlərinə görə, İslam ölkələri Qəzza zolağı, İordaniyanın İordan çayının qərb sahili və Livandakı təzyiqlərə aydın cavab verməlidir.

Qeyd edək ki, İsrail artıq Livanda məhdud quru əməliyyatına başlayıb.

Adəm Abbaslı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
131 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
20.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur