13.10.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Bakıya gələn yolda ağır tıxac

13 okt 2025 05:00
HADİSƏ
ads

Bakı-Qazax magistralında nəqliyyatın hərəkətində ciddi sıxlıq yaranıb.

Qutb.az-ın məlumatına görə, tıxac xüsusilə Hacıqabul rayonu ərazisində daha ağır hiss edilir. Sürücülər bildirirlər ki, bəzi hissələrdə avtomobillər uzun müddət hərəkətsiz qalıb.

Təmir işləri ilə əlaqədar olaraq həm Bakı istiqamətindən gələn, həm də paytaxtdan çıxan avtomobillər yolun yalnız bir hissəsindən istifadə etmək məcburiyyətində qalıblar.

Bu da nəqliyyatın intensivliyini artırıb və yolda uzun növbələrin yaranmasına səbəb olub.

BDYP-dən bildirilib ki, Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 98-ci km-dən 104-cü km-ə qədər aidiyyəti qurum tərəfindən təmir işləri gedir. Hazırda sözügedən ərazidə BDYP-nin stasionar postun əməkdaşları tərəfindən hərəkət tənzimlənir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur