Krasnoqorskda konsert zalının mühafizəsi ilə məşğul olan “Crocus Pro” özəl mühafizə şirkətinin terror aktından bir ay sonra lisenziyası ləğv edilib.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Agentlik bildirir ki, özəl mühafizə şirkətinə lisenziyanın verilməsi ilə bağlı son məlumat fiskal orqanlara 2023-cü ilin mart ayında təqdim edilib. 2019-cu ildə lisenziya verən orqan lisenziyanın yenidən verilməsi və onun qüvvədə olma müddətinin uzadılması ilə bağlı məlumat verib.
Aprelin 24-də, “Crocus”da terror aktından bir ay sonra, vergi orqanları şirkətin lisenziyasının ləğvi ilə bağlı məlumatları qeyd etdilər. Ertəsi gün, aprelin 25-də eyni məlumat iki dəfə qeydə alınıb.
Tural