İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yeni seçilmiş prezident Donald Trampa qarşı sui-qəsd cəhdinin hazırlanmasında iştirak edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kristofer Rey isə bildirib ki, “SEPAH” amerikalılarla qarşı müxtəlif cinayət törətmək üçün canilərlə danışıqlar aparıb.
Şəbəkəyə rəhbərlik edən İran vətəndaşı Fərhad Şakeriyə qarşı ittiham irəli sürülüb. Saxlanılan Şakeri SEPAH tərəfindən ona Trampa qarşı sui-qəsd planı hazırlamaq tapşırığının verildiyini etiraf edib.