10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Kadırov generalı sərt tənqid etdi

02 okt 2025 21:00
DÜNYA
ads
Advertisement

Çeçenistanın başçısı Ramzan Kadırov Dövlət Dumasının deputatı, general-polkovnik Vladimir Şamanovu kəskin ittiham edərək onun tribunal qarşısına çıxarılmasını tələb edib.

Qutb.az xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında bildirib.

O qeyd edib ki, keçmişdə Çeçenistandakı hərbi əməliyyatlara rəhbərlik etmiş Şamanov “çoxsaylı cinayətlərə görə” cavab verməlidir. O, Şamanovu “çox qəddar general” adlandırıb və onun çıxışlarını “xalqı təhqir” kimi qiymətləndirib.

Gərginlik Dövlət Dumasının 25 sentyabr iclasında Şamanovun Çeçenistanda bir sıra yaşayış məntəqələrinin adının dəyişdirilməsinə qarşı çıxması ilə başlayıb. Şamanov kazak mənşəli stansiyaların adlarının silinməsini “tarixi yaddaşın məhv edilməsi” adlandıraraq hökuməti sərt tənqid edib.

Kadırov isə buna cavab olaraq qeyd edib ki, ad dəyişikliyi qərarları bütün yerli xalqların, o cümlədən rusların və kazakların rəyinə əsaslanıb. Onun sözlərinə görə, bu addım “həqiqi tarixi bərpa etməyə və qaydanı qorumağa” xidmət edir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur