İki ölkə arasında olan münasibətləri şərh etmək istəməzdim.
QÜTB.AZ xəbər verir ki, bunu jurnalistlərlə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, ABŞ-nin Demokratlar Administrasiyası, eləcə də müxtəlif paytaxtlar tərəfindən 2024-cü ildə birtərəfli yanaşmanın şahidi olmuşuq:
"Ötən ilin aprelində ABŞ dövlət katibinin, Avropa Komissiyasının rəhbəri və Ermənistan baş nazirinin iştirakı ilə görüş keçirildi. Onun izahını vermək çətin idi. Bu, Azərbaycan-Ermənistan münasibətlərinin intensiv mərhələsində baş vermişdi. Özlərini vasitəçi kimi təqdim edən tərəflərin belə yanaşması qəbuledilməzdir. Bir günlük antiterror əməliyyatlarından sonra 907-ci akta düzəliş oldu. Bu gün yeni prezidentin inauqurasiyası keçiriləcək, bundan sonra fərqli yanaşma gözləyirik. Ən azından qarışılıqlı hörmət əsasında münasibət olmalıdır".