Kiyev Kursk bölgəsindəki hərəkətləri ilə gələcəkdə danışıqlarda mövqeyini yaxşılaşdırmağa çalışır, lakin danışıqlardan söhbət gedə bilməz.
QÜTB.AZ xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
“Mülkilərə, mülki infrastruktura fərq qoymadan zərbələr endirən və ya nüvə enerjisi obyektlərinə təhlükə yaratmağa çalışan insanlarla hansı danışıqlardan söhbət gedə bilər?”, - deyə Putin qeyd edib.
O əlavə edib ki, Kiyevin Rusiyanın münaqişənin həlli üçün dinc plana qayıtmaq, habelə maraqlı və neytral vasitəçilərlə əməkdaşlığa dair təkliflərindən niyə imtina etdiyi bəlli olur.
“Görünür, düşmən öz qərbli ağalarının köməyi ilə onların iradəsini həyata keçirir”, - dövlət başçısı belə deyib.
Adəm Abbaslı