“Kəpəz” klubunun yoxlama matçı keçirəcəyi növbəti rəqibin adı məlum olub.
Publika.az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” klubu ilə görüşəcək.
İyulun 22-də Qəbələdə təşkil ediləcək görüş saat 17:30-da başlayacaq.