ABŞ və İraq beynəlxalq koalisiyadakı Amerika qoşunlarının bir hissəsinin ölkədən çıxarılması ilə bağlı razılığa gəliblər.
Publika.az xəbər verir ki, bu barədə bəzi KİV-lər anonim mənbələrə istinadən məlumat yayıblar.
Bildirilir ki, ABŞ Ayn əl-Əsəd bazasından qoşunları çıxarmağa hazırdır, lakin Ərbildəki Hərir bazasından çıxmağı düşünmür.
ABŞ tərəfi hesab edir ki, Ərbildəki baza İŞİD-ə qarşı əməliyyatların koordinasiyasında olduqca əhəmiyyətlidir.