24.01.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Trampda KRİTİ AÇIQLAMA: "Mən prezident olsaydım, bu, heç vaxt baş verməzdi"

23 yan 2025 22:00
GÜNDƏM
ads
Advertisement

Ukrayna hökuməti ölkədəki münaqişənin həlli üçün saziş bağlamağa hazırdır.

QÜTB.AZ xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.

“Ukrayna razılaşmaya hazırdır. Və başa düşdüyünüz kimi, bu heç vaxt başlamamalı olan bir müharibədir. Mən prezident olsaydım, bu, heç vaxt başlamazdı”, – Ağ Evin rəhbəri bildirib.

Tramp bir gün əvvəl demişdi ki, Ukrayna münaqişəsinin həlli “ya asan, ya da çətin yolla” mümkündür. Onun fikrincə, birinci variant “həmişə daha yaxşı”dır. Ağ Ev rəhbəri həmçinin vurğulayıb ki, vəziyyət mümkün qədər tez həll olunmalıdır.

Bundan əlavə, ABŞ prezidenti Moskvanın Ukraynadakı münaqişəni dayandırmağa razı olmadığı təqdirdə Rusiyaya qarşı sanksiyaların mümkün genişləndirilməsininin mümkünlüyünü açıqlayıb. O, ABŞ-ın bütün Rusiya ixracatına yüksək rüsumlar tətbiq edə biləcəyini söyləyərək, ən qısa zamanda razılaşmanın əldə olunmasının vacibliyini vurğulayıb.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur