Azərbaycan və Qambiya diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad ediblər.
Publika.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il mayın 4-də Bancul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilməsi ilə bağlı Sərəncam imzalayıb.