Keçmiş ABŞ lideri Barak Obamanın həyat yoldaşı Mişel Obama 2024-cü il prezident seçkilərində Demokratların namizədi olsaydı, amerikalı seçicilərin 50%-i ona səs verəcəkdi.
Publika.az xəbər verir ki, bunu “Ipsos” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir. Sorğu iyulun 1-2-də 1070 amerikalı arasında keçirilib.
Sorğuya görə, əgər Mişel Obama və eks-prezident Donald Tramp prezidentlik uğrunda mübarizə aparsaydı, respondentlərin 50%-i keçmiş birinci xanımı dəstəkləməyə hazır olardı, amerikalıların isə yalnız 39%-i keçmiş Amerika Respublikaçı lideri Trampa səs verərdi.
Tramp və hazırkı lider Co Bayden arasında seçim edilməli olsa, o zaman amerikalılar səslərini Tramp üçün 40%, Bayden üçün isə 40% olmaqla bərabər paylayacaqlar.