28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Blinken Fidanla Cənubi Qafqazı müzakirə etdi

09 mar 2024 18:00
GÜNDƏM
ads
Advertisement

Ötən gün ABŞ-nin dövlət katibi Entoni Blinkenlə türkiyəli həmkarı Hakan Fidan arasında görüş olub.

Publika.az “Report”a istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Mettyu Millerin bəyanatında bildirilib.

Bildirilib ki, tərəflər Suriya, Cənubi Qafqaz və Yaxın Şərqdə davamlı sülhün əldə edilməsi ilə bağlı ABŞ-Türkiyə əməkdaşlığını müzakirə ediblər:

“Katib və xarici işlər naziri Birləşmiş Ştatlar və Türkiyə arasında ticarət və sərmayəni genişləndirmək barədə razılığa gəliblər və Rusiyanın Ukraynaya qanunsuz tammiqyaslı hərbi müdaxiləsinə baxmayaraq, Qara dəniz bölgəsinin etibarlı və təhlükəsiz qalmalı olduğunu bir daha təsdiqləyiblər. Onlar həmçinin ABŞ-Türkiyə Fulbrayt proqramının 75-ci ildönümünü qeyd ediblər və İsveçin NATO-nun 32-ci müttəfiqi kimi qəbul olunmasını alqışlayıblar”.

Xatırladaq ki, martın 7-də Hakan Fidan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur