Argentinanın "San Lorenso" klubunun yeni transferi İker Munyayin maraqlı açıqlama verib.
QÜTB.AZ xəbər verir ki, o, Lionel Messinin Argentina millisindəki formasının İspaniya Kubokunda 2022/23 mövsümündə "Atletik"ə uğur qazanmaqda necə kömək etdiyindən danışıb.
“Argentina Dünya Kubokunu qazananda biz Kopa del Reydə mübarizəyə yeni başlamışdıq. Məndə, üzərində Messinin adı olan Argentina forması var idi. Onu soyunub-geyinmə otağına gətirdim, çünki onlar dünya çempionu idilər və mən Argentinaya azarkeşlik edirdim və qalib gəlmələrini istəyirdim.
Bu formada çempionluq aurası var idi. Mən onu soyunub-geyinmə otağında asdım və komanda yoldaşlarıma dedim: “Uşaqlar, biz Kral Kubokunun hər oyunundan əvvəl bu formaya toxunmalıyıq. Hiss edirəm ki, bu, bizə uğur gətirəcək və finala çıxmağımıza kömək edəcək”. Biz bunu bütün turnir boyu etdik. Biz buna toxunduq, növbəti mərhələyə keçdik və irəliləməyə davam etdik.
Bu, yarımfinala çıxana qədər davam etdi. Sonra kiçik bir səhv etdim və ona toxunmağı unutdum. Uduzduq və mübarizədən kənarlaşdırıldıq”.
Əlavə edək ki, növbəti mövsüm “Atletik” İspaniya kubokunu qazanıb.
Qutb