“Sportinq”in hücumçusu Viktor Gyökereş yaxın günlərdə “Mançester Yunayted”in futbolçusu ola bilər.
QÜTB.AZ xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 26 yaşlı futbolçu İngiltərə nəhənginə 80 milyon funt-sterlinqə başa gələ bilər.
Əvəzində Mançester təmsilçisinində iki hücumçu klubu tərk edə bilər: Coşua Zirkze və Markus Reşford qışda satılması gündəmdədir.
Ona görə də isveçli hücumçunun transferi mövsümü xilas etmək cəhdi hesab edilir. Baş məşqçi Ruben Amorim klub rəhbərliyindən yanvarda isveçli hücumçu ilə müqavilə bağlamağın vacib olduğunu bildirib.
Qeyd edək ki, 2024-cü ildə Gyökereş keçirdiyi 63 oyunda 62 qol vuraraq 2024-cü ilin bombardiri olub.