MLS-də yeni mövsümün başlaması təhlükə altına düşüb.
Publika.az "Marca"ya istinadən xəbər verir ki, buna səbəb hakimlərin mümkün boykotudur.
Mənbənin verdiyi məlumata görə, Peşəkar Hakimlər Təşkilatı (PRO) və Peşəkar Futbol Hakimləri Assosiasiyası (PSRA) yeni kollektiv müqavilə ilə bağlı razılığa gələ bilməyib.
MLS hakimlərini təmsil edən həmkarlar ittifaqı yanvarın 31-dək PRO yeni əmək müqaviləsi imzalanmayacağı təqdirdə tətilə davam edəcəklərini bildirib. Gözlənilən tətilin əsas səbəbi ədalət təmsilçilərinin gəlirlərinin aşağı olmasııdr. Qeyd olunur ki, PRO maaşların cüzi artırılma təklifini MLS-ə təqdim edib.
Qeyd olunur ki, yeni mövsümə qədər münaqişəni həll etmək mümkün olmadıqda, MLS başqa ölkələrdən olan hakimlərin xidmətindən yararlana bilər.
ABŞ çempionatında yeni mövsüm fevralın 22-də başlayacaq.
Heybət