Hindistanda meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb.
QÜTB.AZ xəbər verir ki, “Clade 1b” ştammı Cənubi Kerala ştatının Malappuram dairəsindən olan və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) qayıdan 38 yaşlı kişidə aşkarlanıb.
Xəstə hazırda stabil vəziyyətdədir və nəzarət altındadır.