Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.
Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçiriləcək NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Vaşinqtona səfər edəcək.
Publika.az xəbər verir ki, XİN başçısı NATO sammiti çərçivəsində alyans tərəfdaşları ilə keçiriləcək tədbirdə iştirak edəcək.