Pakistan əyalətlərindən birində buzlaqların sürətlə əriməsinə görə daşqın xəbərdarlığı edilib.
Publika.az xəbər verir ki, bu barədə "PA Media" məlumat yayıb.
Son günlər ölkədə ekstremal hava şəraiti yaşanıb, nəticədə onlarla insan həlak olub, əmlak və kənd təsərrüfatı torpaqları dağıdılıb. Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi səbəbindən Pakistanda yağışlar həmişəkindən çox olub.
Daşqınlardan xüsusilə təsirlənən dağlıq şimal-qərbdəki Hayber Paxtunxva əyalətində səlahiyyətlilər bir neçə bölgədə buzlaqların əriməsi səbəbindən daşqın xəbərdarlığı edib.
Vaxtında təhlükəsizlik tədbirləri görülməsə, gözlənilən sel ciddi can və mal itkisinə səbəb ola bilər.
Səlahiyyətlilər daşqının daha da pisləşə biləcəyini və insanların hər hansı təhlükədən qaçmaq üçün daha təhlükəsiz yerlərə köçməli olduğunu bildirib.
Əyalət admnistrasiyasından verilən son məlumatlara görə, son 5 gündə leysan yağışları ilə bağlı hadisələrdə 25-i uşaq olmaqla 46 nəfər həlak olub.
Hüseyn İbadlı