Perseid meteor axını avqustun 12-nə keçən gecə pik həddinə çatacaq.
Publika.az xəbər verir ki, bu barədə Moskva Planetariumunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, astronomlar güclü meteor yağışı proqnozlaşdırırlar. Belə ki, maksimumda zenitdə saatda 120-yə qədər meteorun görünməsi proqnozlaşdırılır.
Yağış ən yaxşı gecənin ikinci yarısında və səhər saatlarında - şərq istiqamətində və üfüqdən yüksəkdə müşahidə olunur.
Səmada çoxlu “atan ulduzların” göründüyü perseidlərin aktiv fazası avqustun 10-da başlayacaq.