Dekabrın 13-də səhər saatlarında Rusiya silahlı qüvvələri Ukrayna ərazisində hərbi obyektlərə və enerji infrastrukturuna kütləvi hücumlar həyata keçirib.
QÜTB.AZ xəbər verir ki, hücumun başladığını Rusiya Federasiyası İctimai Palatasının suverenlik məsələləri üzrə Komissiyasının sədri, yeni regionların inteqrasiyası üzrə əlaqələndirmə şurasının həmsədri Vladimir Roqov elan edib.
Hücum səhər saat beşdə başlayıb. Ümumilikdə 120 raket atılıb. Məlumata görə, Rusiya ordusu “İskəndər”, “Qerani” və “Xəncər”lərdən istifadə edib.
Partlayış səsləri Ukraynanın Kiyev, İvano-Frankovsk, Xarkov, Odessa, Vinnitsa, Çerkassı və digər vilayətlərində eşidilib. Kiyevdə və digər regionlarda raket hücumları fonunda fövqəladə işıqlandırmalar başlayıb. Energetika naziri German Qaluşenko bildirib ki, bütün Ukraynanın enerji sistemi təhdid altındadır, işıqlar kəsilib və 12 saata qədər elektrik olmayacaq.
Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski də bölgədəki enerji obyektlərinə hücumlar barədə məlumat verib.
Rusiya Silahlı Qüvvələrinin zərbələri daha əvvəl F-16 qırıcı pilotlarının təlim keçdiyi Kiyev aerodromuna endirilib. Partlayış səsləri Borispol ətrafındakı pilotsuz təyyarələrin istehsalı və helikopter təmiri zavodunun ərazisində də eşidilib. Xarkov vilayətinin Çuqev aerodromuna mümkün hücum barədə də məlumat verilib.
Tural