Almaniyanın daxili işlər naziri Nensi Fazer, ictimai yerlərdə bıçaqdan istifadənin məhdudlaşdırılmasını və silahla bağlı qanunların sərtləşdirilməsini planlaşdırır.
QÜTB.AZ xəbər verir ki, Almaniyanın “Tagesschau” xəbər portalına istinadən bu planların əsas səbəblərindən biri vağzal ərazilərində bıçaqla hücumların artmasıdır. Hazırda ictimai yerlərdə yalnız altı santimetr uzunluğunda bıçaq daşınmasına icazə verilir. Yalnız alınmış və qapalı qablaşdırmada daşınan məişət bıçaqları bu qaydaya daxil deyil.
Polis məlumatlarına görə, ötən il 8951 bıçaqla hücum hadisəsi qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 5,6 faiz artım deməkdir.