ABŞ-ın sabiq prezidenti Cimmi Karter 100 yaşında vəfat edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti bildirib.
Qeyd edək ki, Karter ABŞ-ın 39-cu prezidenti olub və 1977-1981-ci illərdə bu vəzifədə çalışıb. O, insan hüquqlarının müdafiəsi sahəsindəki səyləri, İsrail və Misir arasında Kemp-Devid sazişlərinin imzalanmasında vasitəçiliyi və siyasətdən getdikdən sonra aktiv ictimai fəaliyyəti ilə tanınır ki, bunun üçün də 2002-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.