05.02.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Tramp ABŞ-da işçiləri təhdid etdi

29 yan 2025 13:00
GÜNDƏM
ads

ABŞ prezidenti Donald Tramp bütün federal işçilərə yeddi aylıq əməkhaqqı dəyərində işdən çıxma müavinəti təklif edən elektron məktub göndərib.

QÜTB.AZ xəbər verir ki, ABŞ-da federal hökumətin insan resursları agentliyi olan Personal İdarəetmə Ofisi (OPM) mövzu ilə bağlı bütün işçilərə e-poçt göndərib.

Məktubda fevralın 6-na kimi könüllü olaraq vəzifəsini tərk edən bütün federal işçilərə yeddi aylıq əməkhaqqı məbləğində işdən çıxma müavinətinin veriləcəyi bildirilib.

Məktubda həmçinin Covid-19-dan bəri uzaqdan işləyən federal işçilərin böyük əksəriyyətinin həftənin beş günü fiziki olaraq ofislərinə qayıtmasının tələb olunduğu qeyd edilib.

Qeyri-qanuni davranışa və ya digər qanun pozuntusuna yol verən işçilər isə işdən çıxarılana qədər istintaqa cəlb oluna bilər.

Roza

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur