2023-cü ildə abituriyentlərin 20 faizindən çoxunun 100-dən aşağı bal topladığı bölgələr açıqlanıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib.
Bildirilib ki, ötən il Daşkəsən, Samux, Ağsu, Xaçmaz, Babək, Lerik, Ağcabədi, Şərur, Şamaxı, Sabirabad, Quba, Tovuz, Xocalı, Biləsuvar, Saatlı, Şəmkir, Qazax, Göygöl, Xızı rayonlarının və Naftalan şəhərinin həmin ilki məzunlarını təmsil edən abituriyentlərin 20%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.