Finlandiya Rusiya ilə sərhədin bağlanmasını uzatmaq istəyir.
Publika.az Trend-ə istinadən xəbər verir ki, Finlandiya hakimiyyəti qərarı fevralın 8-də ölkənin Nazirlər Kabinetinin iclasından sonra rəsmən elan edəcək.
Qeyd olunur ki, hakimiyyət orqanlarının qərarına ölkədə sığınacaq almaq istəyən miqrantların faktiki sayı təsir etmir. Məntəqələrin bağlanması nəticəsində onlar Rusiya ərazisində qalırlar.
“Sərhədin bağlanmasının uzadılması qərarı Rusiya ilə (keçid məntəqələrində) vəziyyətin dəyişməməsi ilə əsaslandırılacaq”, - məlumatda bildirilib.