Rusiya prezidenti Vladimir Putin Ukraynanın hərbi əməliyyatlara baxmayaraq, Avropaya qaz tranziti üçün Rusiyadan pul almağa davam etdiyinə diqqət çəkib.
Publika.az xəbər verir ki, Putin bu barədə jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
"İşğalçı, işğalçı deyirlər, amma qazın Avropaya tranzit üçün bizdən pul alırlar. Bu barədə də az adam danışır", - Rusiya lideri vurğulayıb.
O qeyd edib ki, Avropa ölkələri Rusiya qazını alıb-almayacağına özləri qərar versinlər. “Rusiya onlarsız da öhdəsindən gələcək”, - Putin deyib.