29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

“Gürcüstanda Qurban və Ramazan bayramlarına rəsmi status verilməlidir” - Deputat

18 iyn 2024 03:00
GÜNDƏM
ads
Advertisement

“Gürcüstanda Qurban və Ramazan bayramlarına rəsmi status verilməlidir və bayram günləri qeyri-iş günü elan olunmalıdır”.

Publika.az xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin müstəqil deputatı Tariel Nikaidze söyləyib.

Ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edən deputat deyib ki, milli və dini azlıqların dini bayramlarına rəsmi status verilməsi və həmin günlərin qeyri-iş günü elan olunması üçün qanunvericilik təşəbbüsü qaydasında Gürcüstan parlamentinə müraciət edilib: “Hesab edirəm ki, Qurban və Ramazan bayramlarının Gürcüstanda rəsmi dini bayram günləri olaraq qeyd olunması ölkəmizdə yaşayan müsəlman vətəndaşların haqqıdır”.

Onun sözlərinə görə, Gürcüstanda müsəlmanların heç bir bayramının rəsmi status daşımaması diskriminasiya hesab olunur. Bunun aradan qaldırılması üçün, üç ay bundan öncə dini azlıqların dini bayram günlərinin qeyri-iş günü olması ilə bağlı qanunvericilik təşəbbüsü hazırlanıb və parlamentə təqdim olunub.

“Müsəlmanları bu ölkədə kimsə ikinci dərəcəli görməməlidir. Biz bu ölkənin müsəlman vətəndaşlarıyıq və ümid edirik ki, təklifimiz müsbət qiymətləndiriləcək”, - deyə T.Nikaidze vurğulayıb.

(Azərtac)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur