Türkiyəli aktrisa Sema Çeyrekbaşı vəfat edib.
QÜTB.AZ xəbər verir ki, teatr aktrisası 73 yaşında dünyasını dəyişib.
Sənətçi beynindəki laxtalanmaya görə bir aydır reanimasiyada müalicə olunurdu.
Daha çox tamaşalarda rol alan aktrisa “Kaybolan Yıllar”, “Kendi Düşen Ağlamaz” kimi ekran işlərinə də çəkilib.
Onun rol aldığı sonuncu serial isə “Sandık Kokusu” olub.