Əməkdar artist Rafael İsgəndərov "Qapı" adlı filmin çəkilişlərində xoş sürprizlə qarşılaşıb.
Publika.az xəbər verir ki, bu gün tanınmş aktyor 52 yaşını qeyd edir. Bu münasibətlə dünən oğlu Fuad İsgəndərov bütün film heyəti ilə birlikdə çəkiliş vaxtı ona surpriz hazırlayıblar və doğum gününü təbrik ediblər.
Sözügedən görüntülər sosial mediada yayılıb.
Qeyd edək ki, "Qapı" filmində Rafael İsgədərovla yanaşı Taleh Yüzbəyov, Kamran Ağabalayev, Kəmalə Piriyeva, Nurlan Rüstəmov, Zemfira Əbdülsəmədova və başqaları rol alır.