Suriyanın şimal-şərqindəki ABŞ hərbi bazası İraq tərəfindən atəşə tutulub.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" təhlükəsizlik mənbələrinə istinada məlumat yayıb.
İraqın Zamar şəhərindən obyektə doğru ən azı 5 raketin atıldığı qeyd edilir.
Agentlik bunun fevralın əvvəlindən bəri Suriyada ABŞ qüvvələrinə qarşı ilk hücum olduğunu bildirib.
Martın 26-da da iki pilotsuz uçuş aparatının (PUA) Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağındakı ABŞ bazasına hücum etdiyi bildirilir.
Hüseyn İbadlı