Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Braqa” ilə cavab matçında qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və məşqçisi Elçin Rəhmanovun cəzaları açıqlanıb.
Publika.az xəbər verir ki, hər iki şəxs bir oyunluq diskvalifikasiya olunub. Onlar, "Bayer"lə ev qarşılaşmasını buraxmalı olacaqlar. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Sarı vərəqə limitini dolduran Julio Romao da "aspirinlərlər"lə ilk oyunu buraxacaq.
Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la “Bayer” arasında ilk oyun martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də baş tutacaq. Cavab görüşü 1 həftə sonra Leverkuzendə keçiriləcək.
Heybət