Türkiyə polisi şübhəli çamadana görə İstanbul Beynəlxalq Hava Limanına avtomobillərin girişini müvəqqəti bağlayıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Halk” telekanalı məlumat yayıb.
Bakı vaxtı ilə saat 23:15 radələrində hava limanının əsas girişində şübhəli, sahibsiz çamadan tapılıb. Bununla əlaqədar olaraq polis hava limanının girişini 20 dəqiqəlik avtomobillərə bağlayıb.
Gələn istehkamçılar çamadanı partladıblar. Məlum olub ki, içəridə paltar var. Təhlükəsizlik tədbirləri bitdikdən sonra avtomobillərin girişi bərpa edilib.
Hüseyn İbadlı