Rusiya Ukraynanın işğal olunmuş ərazilərində könüllü erməni batalyonları yerləşdirir.
Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
İyulun 2-də Moskvadakı erməni kafedralında keçirilən yolasalma mərasimində iştirak edən “Arbat” könüllü batalyonunun fotoları yayılıb.
“Həmin batalyonda Ermənistan vətəndaşları ilə yanaşı, Rusiyanın işğal etdiyi Abxaziyadan olan etnik ermənilərin də olduğu güman edilir”, - Müharibə Araşdırmaları İnstitutundan bildirilib.
Rusiya mənbələri Ukraynanın işğal olunmuş ərazilərində könüllü erməni batalyonları yerləşdirildiyini təsdiqləyib.
Bundan başqa, amerikalı analitiklərin məlumatına görə, Ukrayna silahlı qüvvələri iyulun 2-də cəbhənin 6 istiqamətində əks-hücum əməliyyatı keçirib və bu ərazilərin bəzilərində qələbə qazanıb:
“Rusiyalı bəzi bloqerlərin fəaliyyəti hakimiyyətin şişirtdiyi uğurları ifşa edir. Buna görə də onların bir çoxuna sanksiya tətbiq edilir”.
Mənbə: Understandingwar.org