Bakının Nəsimi rayonunda 4 min manat dəyərində quru meyvələr oğurlanıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində mağazaların birindən 185 manat pul və 4000 manat dəyərində quru meyvələr oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Zahid Nəsirov və Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Haldun Yusibov saxlanılıblar.
Araşdırma aparılır.