İspaniya və Belçika Avropa İttifaqı (Aİ) adından Fələstin-İsrail münaqişəsinin müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə həllini təklif ediblər.
Publika.az xəbər verir ki, bu barədə İspaniyanın "El País" nəşri məlumat yayıb.
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bütövlükdə sülh prosesi haqqında danışmağı dayandırmağı, bunun əvəzinə “iki dövlətli həll” təklifini irəli sürüb.
İsrail hakimiyyətinin Xosep Borrelin təklifi ilə razılaşmamasına baxmayaraq, o, “hazırlıq” sülh konfransının keçirilməsində israr edib. Bu təşəbbüs həm öz adından, həm də Aİ Şurası tərəfindən “dərhal atəşkəs” tələbi ilə İsrailə təzyiq göstərən İspaniya və Belçika nümayəndələri tərəfindən dəstəklənib.
Hər iki dövlət öz ölkələrində münaqişə tərəflərini qəbul etməyə hazır olduqlarını bildiriblər.
Cəmilə