Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
MSK seçkilərdə iştirak etmək üçün siyasi partiyalara lazımi prosedurlara başlamağı tövsiyə edib.
Bildirilib ki, 2020-ci ildə parlament seçkilərində parlamentdə mandat qazanmış siyasi partiyalar MSK-ya ərizə ilə müraciət etməlidirlər.
Digər partiyalar isə iyulun 15-dək imza vərəqələri almalı və topladıqları 25 min imzanı avqustun 1-dək MSK-ya təqdim etməlidirlər.
Qeyd edək ki, builki seçkilər yalnız proporsional sistem üzrə keçiriləcək. Seçkilərdə iştirak edən siyasi partiyalar parlamentə düşmək üçün 5 faizlik həddi keçməlidir.