29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Şəkər xəstələrinin həyatını dəyişəcək inqilabi ixtira: İnsulin iynəsi tarixə qovuşur

23 yan 2024 10:00
SƏHİYYƏ
ads

Sidney Universiteti və Norveç Arktika Universitetinin alimlərinin apardıqları işlər nəticəsində yeməli insulin hazırlanıb.

Publika.az xəbər verir ki, “Nature Nanotechnology” elmi jurnalında dərc edilən araşdırmaya görə, yeməli insulini bədənə kapsul şəklində və ya görünməz nano-daşıyıcılar vasitəsilə şokolad parçasına yerləşdirməklə qəbul etmək olar.

Tədqiqat iştirakçılarından olan Arktika Universitetinin professoru Peter McCourt insulini bu şəkildə qəbul etməyin daha yaxşı olduğunu deyib:

“Bu qayda ilə bədənin təcili olaraq insulinə ehtiyacı olan hissələrinə maddəni tez çatdırmaq mümkündür. Şprislə alınan insulin bütün bədənə yayılır və arzuolunmaz yan təsirlərə səbəb ola bilir. Biz insulinin mədə turşusu və həzm fermentləri tərəfindən parçalanmasının qarşısını alacaq bir örtük hazırladıq. Beləliklə, insulin strukturu zədələnmədən qaraciyərə çata bilər”.

Qeyd edək ki, yeni insulinin əvvəlcə qurd, siçan və siçovullar üzərində sınaqdan keçirildiyi bildirilib. Tədqiqatçılar yeni insulin metodundan uğurlu nəticələr alınarsa, 2025-ci ildən insanlar üzərində sınaqdan keçiriləcəyini deyiblər.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur