02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

"Z" nəsli üçün bu qadağa 1,2 milyon insanın həyatını xilas edə bilər

04 okt 2024 11:00
DÜNYA
ads

Yeni araşdırmaya görə, 2006-2010-cu illərdə doğulmuş nəsillərə tütün satışının qadağan edilməsi əsrin sonuna qədər ağciyər xərçəngindən təxminən 1,2 milyon ölümün qarşısını ala bilər.

QÜTB.AZ xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat verib.

Bildirilir ki, ağciyər xərçəngi hallarının 85 faizi siqaretdən qaynaqlanır və bu xərçəng növü dünyada ən ölümcül xərçəng hesab olunur. Mövcud siqaret çəkmək tempi olduğu kimi davam edərsə, 2006-2010-cu illər arasında doğulmuş təxminən üç milyon insanın gələcəkdə ağciyər xərçəngindən öləcəyi proqnozlaşdırılır.

Lakin hesablamalara görə, əgər bu 650 milyon insana siqaret satışı qadağan olunsa, 1,2 milyon ölümün qarşısı alına bilər.

Bəzi ölkələrdə tütündən azad nəsil təşəbbüsləri artıq həyata keçirilir. Məsələn, Yeni Zelandiya 2022-ci ildə 2008-ci ildən sonra doğulan insanlara siqaret satışını qadağan edən ilk ölkə olub. Lakin ötən il ölkənin mühafizəkar hökuməti bu qanunu ləğv etmək planlarını açıqlayıb.

Böyük Britaniyadakı Leyboristlər hökuməti isə keçmiş Mühafizəkar Baş nazir Rişi Sunakın 2009-cu ildən sonra doğulanlara siqaret satışını qadağan etmək planını dəstəkləyir.

Araşdırma “The Lancet Public Health” jurnalında dərc olunub.

Roza Şəfiyeva

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur