Bu gün ilin ilk Super Ayı müşahidə olunacaq.
QÜTB.AZ xəbər verir ki, xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Super Ay adlandırılan bu hadisə zamanı Ay 14 % böyük və 30 % parlaq görünür. Bu gün Ay saat 19:41-də doğacaq və səhər saatlarınadək görünəcək ki, bu zaman Yerlə Ay arasındakı məsafə 361 969 km olacaq.
Qeyd edək ki, ilin sonunadək 18 sentyabr, 17 oktyabr və 15 noyabrda daha 3 Super Ay müşahidə olunacaq.