Yanvarın 28-də Şimali Koreya sualtı qayıqdan iki yeni “Pulhvasal-3-31” qanadlı raket buraxıb, raketlərin sınaq buraxılışı uğurlu olub.
Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Qeyd olunub ki, raket buraxılışına ölkə lideri Kim Çen In rəhbərlik edib.
Belə ki, raketlər şərti hədəfləri dəqiq vurub. Eyni zamanda onlar iki saata yaxın uçuşda olublar.
Vurğulanıb ki, sınaq atışları qonşu ölkələrin təhlükəsizliyinə heç bir təsir göstərməyib və regiondakı vəziyyətlə əlaqəli deyil.
Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi yanvarın 28-də bildirib ki, KXDR özünün şərq sahillərindən Yapon dənizinə doğru bir neçə qanadlı raket atıb.