Xalq artisti Tünzalə Ağayevanın yoqa ilə məşğul olarkən lentə alınan kadrları gündəm olub.
Qütb.az xəbər verir ki, sənətçi yoqa lentlərində hərəkətlər edərkən çəkilən videosunu instaqramda paylaşıb. 47 yaşlı artistin görüntüləri maraqla qarşılanıb.
Qeyd edək ki, Xalq artisti bu yaxınlarda yeni layihəsini təqdim etməyə hazırlaşır. O, yeni mahnısını üzərində tanınmış gitara ifaçısı Rəhman Məmmədli ilə birlikdə çalışıb.
"İstədiyim layihəm nəhayət baş tutdu, pərəstişkarı olduğum Ustad Rəhman Məmmədlini yeni mahnımda eşidəcəm, sevincliyəm. Gözləyək, az qaldı" , - ulduz açıqlamasında vurğulayıb.Tünzalə Ağayeva yeni mahnısının sözlərini Fairz Zeynalovun, musiqisini isə özü yazdığını qeyd edib.