Saat 05:41 dəqiqədə FHN-in 102-i xidmətinə taxta bazarında yanğın baş verməsi ilə bağlı məlumat daxil olub.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.
O bildirib ki, məlumat daxil olandan 4 dəqiqə sonra yaxınlıqda olan bölmələr hadisə yerinə çatıb:
"Yanğınla bağlı yüksək çağırış elan edilib. Havanın küləkli olması həmçinin, yanğın mənbəyinin yüksək gərginli elektrik xəttlərinin altında olması yanğınsöndürənlərin həyatına da təhlükə yaradıb və yanğının söndürülməsi çətinləşib. Havanın küləkli olması yanğının böyük sahələrə yayaraq yanğın yerində 3 mənbə yaradıb. Yanğın sahəsi 4000 kvadrat metrdən çoxdur. Hal-hazırda bütün istiqamətlərdə yanğın premetirin boyunca tam əhatə alınıb. Hər yerdən lülələr verilib, mühafizə olunur. Yanğının yayılmasının qarşısı alınıb".
Milli.Az