Xəbər verdiyimiz kimi, bu yaxınlarda Hindistanda əsrin toyu keçirildi. Planetin ən varlı adamı Mukeş Ambaninin kiçik oğlu toyunu təyin olunan tarixə beş ay qalmış qeyd etməyə başladı və bununla da dünya ulduzlarının ən dəbdəbəli toylarını kölgədə qoydu.
Publika.az xəbər verir ki, "Dünyanın ən bahalı toyu" başlığı ilə mediada gündəm olan hadisənin yeni təfərrüatı ortaya çıxıb.
Üç gün üç gecə davam edən mərasim nəhayət ki, dünən başa çatıb. Məlum olub ki, şənliyə Hillari Klinton, Bill Qeyts, Mark Zukerberq və digər məşhurlar da daxil olmaqla 1 000 nəfər dəvət olunub. Məşhur qonaqların qarşısında Rihanna çıxış edib və onlara tanınmış aşpazların 2 500 yeməkdən ibarət hazırladığı menyu təqdim olunub.
Hindistanın ən zəngin ailəsinin varisinin toy qabağı keçirilən məclisində daha nələr baş verib?
"Forbes" jurnalının milyarderlər siyahısında doqquzuncu yeri tutan iş adamı Mukeş Ambani ilk dəfə deyil ki, inanılmaz israfçılığı ilə ictimaiyyətin diqqətini çəkir. Qızının 2018-ci ildə baş tutan toy mərasiminə də milyarderin ən azı 15 milyon dollar xərc çəkdiyi iddia olunur. İndi də kiçik oğlunu evləndirməyə hazırlaşan iş adamı, görünür, mərasimə daha çox pul xərcləmək niyyətindədir.
Mukeş Ambani neft və qaz istehsalçısı olan "Reliance Industries Limited" (RIL) şirkətinin sahibidir. Şirkətin illik dövriyyəsi 104 milyard dollardır.
Toyun səbəbkarları arasında ənənəvi roka mərasimi 2022-ci ilin dekabrında baş tutub. Mərasimin özəlliyi odur ki, gənclər bir-birinə digər evlilik təkliflərini nəzərə almamağa söz verirlər. Bir neçə illik tanışlıqdan sonra bu mərasim onların rəsmi evlilik yolunun başlanğıcı olub və milyarderin 28 yaşlı oğlu Anant ilə iri əczaçılıq şirkəti "Encore Healthcare"in baş direktoru Radhika Merçantın 29 yaşlı qızı Srinathji hind məbədində nişanlanıblar.
Toyun iyul ayına planlaşdırılmasına baxmayaraq, təntənəli tədbir Hindistanın ən gözəl bölgələrindən birində - Udaipurda yazın əvvəlində geniş miqyasda qeyd olunmağa başlayıb. Toydan əvvəlki üç günlük möhtəşəm şənlik beşulduzlu Oberoi Udaivilas hotelində və 18-ci əsrə aid şəhər sarayında baş tutub.
Hindistana fevralın 29-da sevgilisi ilə birlikdə gələn Rihanna toyqabağı şənlikdə yerli ifaçı Diljit Dosanjhi ilə birlikdə çıxış edib. Yeri gəlmişkən, səhnəyə sari tərzində yaşıl və çəhrayı libasda çıxan müğənninin toyda çıxış etmək üçün 6-10 milyon dollar arası qonorar aldığı deyilir. Bu, onun həm də ikinci oğlunun dünyaya gəlməsindən sonra ilk çıxışıdır.
Mənbələrin sözlərinə görə, dəbdəbəli şənlikdə təkcə səbəbkarların dostları və qohumları deyil, həm də dünya məşhurları, uğurlu iş adamları və idman ulduzları iştirak ediblər. Gəncləri təbrik etmək üçün ümumilikdə təxminən 1 000 qonaq şənliyə təşrif buyurub.
Qonaqlar arasında 2018-ci ildə bəyin bacısının eyni dərəcədə ekstravaqant toyunda iştirak edən Hillari Klinton, Bill Qeyts və Mark Zukerberq də olub.
"Sevinc və həyəcanla sizi Camnaqardakı evimizdə Anant və Radhikanın toydan əvvəlki şənliklərinə dəvət edirik. Sevincimizi, sevgimizi bölüşmək və bizim sonsuzadək xatırlayacağımız xatirələr yaratmaq üçün sizi görmək imkanını səbirsizliklə gözləyirik", - dəvətnamələrdə qeyd olunub.
Doqquz səhifəlik dress-kod qaydaları
Ambani ailəsi bütün xərcləri öz üzərinə götürüb, qonaqlar çarter reysləri və bərələrlə Camnaqara aparılıb və iki nəfərə üçdən çox çamadan gətirməyə icazə verilib. Eyni zamanda bütün dəvətlilərə qarşıdan gələn hadisələri və onların hər biri üçün tələb olunan geyim tərzini təsvir edən doqquz səhifədə çap olunmuş geyim kodu göndərilib. Burada iştirak şərtləri ətraflı təsvir olunub, daha dəqiq desək, necə görünməli olduqları. Gəlin və bəy ərinməyib qonaqların xarici görünüşü ilə bağlı tələblərini qələmə alıblar.
Qonaqlara yalnız çölə çıxmaq üçün deyil, həm də yeni evlənənlərin planlaşdırdıqları uzun gəzintilər üçün rahat paltarlar gətirmələri tapşırılıb. Pulsuz camaşırxana xidmətləri 1000 nəfərin hamısı üçün əlçatan olub, onların obrazları üzərində yüzlərlə vizajist, stilist və ənənəvi hind geyimlərinin dərziləri çalışıb.
Şənliyin birinci günü keçirilən "Əbədiyyət ölkəsində axşam" mövzusunda olan mərasimə qatılan dəvətlilərdən zərif kokteyl paltarı geyinmələri istənilib.
Ertəsi gün səhərə olan geyim kodu "cəngəllik qızdırması" adlandırılıb, çünki şənliyə qatılanlar səhraya, xüsusən də bəyə məxsus Vantara Heyvanları Xilasetmə Mərkəzinə ekskursiyaya yollanıblar. Bildirilib ki, 263 hektar sahədə 2 000 mindən çox heyvan yaşayır. Həmin axşam qonaqlar ənənəvi Cənubi Asiya geyimlərinə keçərək "Mela Rouge" adlı şouya qatıblar.
Bayramın son günü iki tədbirlə əlamətdar olub. Qonaqların Camnaqarın təbii gözəlliyinə heyran olduqları "Tasker Trails" adlanan birinci yarış açıq havada keçirilib. Və ziyarətçilərə təsadüfi seçilmiş gözəl libaslar geyinmələri tövsiyə olunub.
Axşam isə ulduzlar, biznes maqnatları və bəy-gəlinin yaxınları ənənəvi hind paltarları - şervanilər və sarilərə üstünlük veriblər. Bununla da üç günlük bayram tamamlanıb.
Qonaqlara 2 500 yemək təklif olunub
Şənliyə hazırlığın xüsusi hissəsi menyunun tərtib olunması olub. Dünyanın müxtəlif yerlərindən 25-dən çox aşpazdan ibarət komanda gəlib və onlar qonaqlar üçün Yaponiya, Meksika və Tayland mətbəxindən inanılmaz sayda yeməklər hazırlayıblar.
Kulinariya mütəxəssisləri qonaqların özlərini mümkün qədər rahat hiss etmələrini təmin etmək üçün əllərindən gələni ediblər. Tədbirdə hər bir qonağın yeməklərdə şəxsi üstünlüklərini qeyd etmələri istənilib və vegetarianlar üçün ayrıca menyu hazırlanıb.
Anonim mənbələrin məlumatına görə, qonaqlara səhər yeməyində 75, naharda 225, axşam yeməyi üçün isə 275 çeşid təklif edilib.
Bundan əlavə, gecə yarısından səhər 4-ə qədər 85 növdə yemək təqdim olunub. Üstəlik, üç gün ərzində menyuda heç bir maddə təkrarlanmayıb. İyulda baş tutacaq toyda qonaqları hansı təmtərağın gözlədiyini isə təsəvvür etmək çətin deyil.
Qızının toyuna nə qədər xərc çəkmişdi?
Məlumat üçün bildirək ki, iş adamının qızının 2018-ci ildə keçirilən və 5 gün və 5 gecə davam edən toyunu açılışını Beyons edib. Daha sonra bir neçə ziyafət keçirilib. Ziyafətlərin hər birində fərqli libaslarda görünən gəlin bahalı brilyantları ilə diqqət çəkmişdi. Onun boynunun bu qədər ağırlığa necə tab gətirdiyini isə ancaq təsəvvür etmək olar.
İşi Ambani ilə Amanda Pirmalanın toyu Ambani ailəsinin 27 mərtəbəli malikanəsində baş tutub. Qonaqlar arasında Bollivud ulduzları, Hillari Klinton, Priyanka Çopra və Nik Conas, Nataliya Vodianova və digər mühüm şəxslər olub. Gəlinin atası Mukeş Ambani dünyanın hər yerindən gələn qonaqların rahatlığını təmin etmək üçün 100 çarter reysi və beşulduzlu hotel nömrələri ayırıb.
Toy mütəxəssislərinin hesablamalarına görə, beşgünlük şənliyə təxminən 100 milyon dollar xərclənib. İnsayderlər isə toya cəmi 15 milyon dollar xərcləndiyini irəli sürürlər. Mukeş Ambani Udaipur əhalisinə belə böyük bir ziyafətin təşkil olunmasında yardım etdiklərinə görə təşəkkür edib.
Aytən