Yaponiyanın Dəniz Özünümüdafiə Qüvvələrinə məxsus iki SH60K hərbi helikopteri qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Minoru Kihara mətbuat konfransında bildirib.
Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər itkin düşüb.
Qəzanın səbəbləri araşdırılır.
***
Yaponiya özünü müdafiə qüvvələrinə məxsus 2 hərbi helikopterlə əlaqə kəsilib.
Publika.az xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi açıqlama yayıb. Dəniz qüvvələrinə aid olan helikopterlərlə əlaqə paytaxt Tokiodan 76 kilometr cənubda yerləşən İzu adalar qrupuna aid olan Torişima adası yaxınlığında kəsilib.
Hazırda helikopterlərin axtarışları aparılır.