ABŞ Ədliyyə Nazirliyi Meksika narkokartelinin banisi "El Mayo" ləqəbli İsmael Zambada Qarsiya v "El Çapo" kimi tanınan təşkilatın digər qurucusu Xoakin Quzmanın oğlu Texasda həbs olunub.
Publika.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Zambada ilə birlikdə Quzmanın oğlu Xoakin Qusman Lopezi də tutduğunu açıqlayıb.
Zambada fevral ayında ABŞ prokurorları tərəfindən fentanyl istehsalı və yayılmasında ittiham olunur. Fentanyl heroindən daha güclü narkotikdir.
76 yaşlı Zambada hazırda ABŞ-da həbsdə olan Xoakin “El Çapo” Quzmanla Sinaola kartelini qurub. Bundan əlavə, Amerika prokurorları Sinaola kartelinin ABŞ-a ən böyük narkotik tədarükçülərindən biri olduğunu deyirlər.
Qeyd edək ki, Zambadanın tutulması üçün 15 milyon dollar mükafat vəd edilmişdi.
Aysel Şahmar