Aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuş Ramin Məmmədov kollektivə təqdim edilib.
Komitədən Qütb.aza verilən məlumata görə, yeni sədri kollektivə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təqdim edib.
Son illər dini sahədə həyata keçirilən islahatların önəmini vurğulayan Fərəh Əliyeva Dövlət Komitəsinin qarşısında duran vəzifələrlə bağlı müvafiq tövsiyələri diqqətə çatdırıb.