25.04.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

Bu aviaşirkətin onlayn xidmətləri işləmir

18 yan 2025 00:00
GÜNDƏM
ads
Advertisement

Britaniyanın “British Airways” aviaşirkətinin veb-saytı, mobil tətbiqi və digər onlayn sistemləri texniki problemlər səbəbindən fəaliyyətini dayandırıb.

QÜTB.AZ “The Independent” nəşrinə istinadən xəbər verir ki, bu hal sərnişinlərin öz rezervasiyalarına daxil olmasına və digər məlumatlara çıxışına mane olub.

Aviaşirkətin veb-saytında yaranan problem haqqında sərnişinlərə bildiriş göstərilib. Bildirişdə texniki nasazlığın yüksək tələbatdan qaynaqlandığı qeyd olunub. “British Airways” mobil tətbiqində də səhvlər baş verib və sistem düzgün yüklənməyib.

Bu texniki problemlər səbəbindən sərnişinlər onlayn qeydiyyatdan keçə, eləcə də rəqəmsal uçuş kartlarını əldə edə bilməyiblər.

Aviaşirkət problemin həlli üçün tədbirlər görür.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur