18.04.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

"Qarabağ" ilk yarımfinalçı oldu

27 fev 2025 19:00
DÜNYA
ads

Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.

 

Qutb.az xəbər verir ki, 1/4 finalın cavab oyununda "Səbail"ə 3:1 hesabı ilə qalib gələn "Qarabağ" adını növbəti mərhələyə yazdırıb.

 

Hesabı 13-cü dəqiqədə Ağdam klubunun hücumçusu Musa Qurbanlı açıb. Amma meydan sahiblərinin qol sevinci cəmi 2 dəqiqə çəkib. Rüfət Abdullazadə tarazlığı bərpa edib. 43-cü dəqiqədə "Qarabağ" 2-ci qolu vurub. "Səbail"in heyətində Rüfət Abdullazadə avtoqol müəllifi olub. Görüşdə son nöqtəni isə 55-ci dəqiqədə Nəriman Abdullazadə qoyub.

 

"Qarabağ" bu mərhələnin ilk oyununda da "Səbail"i məğlub etmişdi - 1:0. "Köhlən atlar"ın yarımfinaldakı rəqibi "Araz-Naxçıvan" - "Zirə" cütünün qalibi olacaq.

 

Qeyd edək ki, 1/4 finalın digər 3 oyunu bu gün və fevralın 28-də keçiriləcək.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur