27.02.25 | Bakı 0.76° C |
10:06:25
Lent :

Bu müəllimlər üçün sertifikasiya əlavə üsullarla aparılmalıdır - AÇIQLAMA

27 fev 2025 13:00
GÜNDƏM
ads

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşmaya "dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində" işləyən təhsilverənlər cəlb edilirlər. "Musiqi məktəblərində" çalışan müəllimlər isə attestasiyadan keçirilir.

Belə ki, Əmək Məcəlləsinin 65-ci maddəsinə uyğun olaraq, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə keçirilir. Onu da qeyd edək ki, attestasiyanın düzgün keçirilməsinə rəhbərliyi təmin edir və nəzarəti Mədəniyyət Nazirliyi həyata keçirir.

Zaman-zaman isə musiqi məktəblərində çalışan müəllimlərin də sertifikasiya və qabiliyyət imtahanından keçməsi məsələsi gündəmə gəlir. Belə ki, bəziləri düşünür ki, musiqi məktəbində çalışan müəllimlərin pedoqoji təhsili, həmçinin tədris etdiyi fənlə bağlı bilik və bacarıqları yüksək səviyyədə olmalıdır. 

Mövzu ilə bağlı Qutb.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin təhsil məsələləri üzrə tədqiqatçısı Elmin Nuri bildirib ki, artıq 4 ildir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər sertifikatlaşma prosesinə cəlb edilirlər. 2021-ci ildən başlanan prosesdən artıq 150 mindən çox təhsilverənlərin böyük əksəriyyəti cəlb olunublar. Bu il də fizika, kimya, biologiya, coğrafiya və informatika fənləri üzrə dərs deyən müəllimlər sertifikasiyaya qatılacaqlar. Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesi ilk dəfə həyata keçirilir, yəni, 2021-2026-cı il Azərbaycan təhsilində analoji müsabiqə üçün ilk dövrdür. 

“Bu dövrdə təbii ki, sertifikatlaşdırma prosesində texniki və təşkilati cəhətdən müəyyən nöqsanlar üzə çıxdı. Bu, daha çox ilk illərdə-2021-2022-ci illərdə yaşansa da, sonradan təkmilləşdirilmə işləri həyata keçirildi. 
Bilirik ki, Müəllimlərin sertifikatlaşdırılması prosesi bir yox, bir neçə mərhələdən ibarətdir. Test imtahanı mərhələsi onun yalnız ikinci etapıdır. Müsahibə mərhələsində də müəllimlərdən pedaqoji, psixoloji, qanunvericilik, ən əsası idarəçilik istiqamətində müəyyən bilgilər soruşulur. Ünsiyyət qabiliyyəti, idarəetmə bacarıqları yoxlanılır. 

Sertifikatlaşdırılmanın əsas iki funksiyası ilə daha yüksək nəticə göstərən müəllimlərin əmək haqlarının artırılması və öz ixtisasına aid sualların tən yarısına belə cavab verməyənlərin iki cəhddən sonra işlərinə xitam verilməsi. Hər iki cəhdin ədalət prinsiplərinə uyğun olduğunu düşünürük”. 

Təhsil eksperti onu da vurğulayıb ki, hazırda Azərbaycanda aparılan sertifikasiya imtahanları Ukrayna təcrübəsinə əsaslanır:

“Bu təcrübədə 10 və 35%-lik maaş artımının göstərilən bal dinamikasına görə uyğunluğu, müsahibə mərhələsindəki gedişlər özünü göstərir. Sözsüz ki, gələcəkdə bu prosesin tətbiqi zamanı bir çox yeniliklərin, digər beynəlxalq təcrübəyə aid olan əlavələri də görə biləcəyik. Bütün bu özəlliklərə əsasən sertifikatlaşdırma prosesini təhsilverənlərin qiymətləndirilməsi məsələsində ən uyğun variant hesab etməliyik”. 

Musiqi məktəblərində çalışan müəllimlərin qiymətləndirilməsi üçün də sertifikatlaşdırılmadan istifadəyə də münasibətini bildirən E.Nuri qeyd edib ki, musiqi məktəblərində dərs deyən müəllimlərin sertifikasiyaya cəlb olunması müsbət tendensiya olar. “Orada çalışanlar da musiqiçi olmaqla yanaşı, həm də pedaqoqdurlar. Pedaqoji mühitdə isə özünü bütün parametrlərə görə ən yaxşı doğruldan məhz sertifikasiyadır. Hazırkı sertifikasiya modelinin musiqi məktəblərində çalışanlar üçün də uyğunluğunu söyləmək lazımdır. Çünki bu illər ərzində proses həqiqətən də təkmilləşdirildi. Lakin bu tipli təhsil müəssisələrində çalışanlar üçün həmin proses təşkil olunsa, o zaman müəyyən əlavə və yeniliklərə, hətta şərtlər arasında sadələşdirməyə də müəyyən ehtiyac olacaqdır. Bunun üçün  isə mütəxəssislərin düşünməsi və daha adekvat qərar verməlidirlər”. 

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
146 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
0.76° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur